
Bakı. Trend:
Kamçatka yarımadasında 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir
ki, bu barədə Yujno-Saxalinsk seysmik stansiyası məlumat yayıb.
Məlumata görə, seysmik hadisə Petropavlovsk-Kamçatski şəhərindən
74 kilometr şərqdə baş verib. Zəlzələnin episentri 49 kilometr
dərinlikdə yerləşib.


