
Bakı. Trend:
Çin və Şimali Koreya Pxenyanda keçirilən sammitdə mühüm
razılaşmalar əldə ediblər və ölkələr arasında münasibətlər yeni
tarixi mərhələyə qədəm qoyub.
Trend-in
məlumatına görə, bu barədə Çin Xalq Respublikasının sədri Si
Cinpinin Şimali Koreyaya dövlət səfərindən sonra lider Kim Çen Ina
göndərdiyi təşəkkür teleqramında deyilir.
Çin rəhbəri vurğulayıb ki, keçirilən görüşlərdə iki dövlət
başçısı “qarşılıqlı maraq doğuran məsələlər ətrafında ətraflı fikir
mübadiləsi aparıb və bir sıra vacib razılaşmalar əldə ediblər”. Si
Cinpin bildirib ki, bu, Çin-Koreya münasibətlərinə zamanın ruhuna
uyğun yeni bir məzmun verib və hər iki tərəfin ənənəvi dostluğu
davam etdirmək, inkişaf və rifahı birgə təşviq etmək, regionda və
dünyada sülh və sabitliyi qorumaq əzmini nümayiş etdirib.

