
Bakı. Trend:
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli
komandası ikinci yoldaşlıq oyununa çıxıb.
Trend-in
məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv
San-Marino yığması ilə qarşılaşıb.
Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda
təşkil olunan görüş yığmanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Rəhman Daşdəmirov və Renat Dadaşov vurublar.
Xatırladaq ki, Azərbaycan millisi iyunun 5-də Malta ilə
keçirdiyi ilk yoldaşlıq matçında 0:2 hesabı ilə uduzub.

