
Bakı. Trend:
ABŞ ordusu Hörmüz boğazı üzərində vurulan “Apache”
helikopterindən sonra İrana zərbələr endirib.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi
Komandalığı “X” sosial şəbəkəsində yazıb.
“Ali Baş Komandanın əmri ilə Mərkəzi Komandanlıq qüvvələri Şərq
vaxtı ilə saat 17:00-da İrana qarşı özünümüdafiə zərbələri
endirməyə başlayıb. Bu, dünən ABŞ ordusuna məxsus “Apache”
helikopterinin vurulmasına cavab olaraq edilib”, – deyə
bildirilib.
Mərkəzi Komandanlıq hücumun Tehranın hərəkətlərinə “mütənasib
cavab” olduğunu bildirib.

