Bakı. Trend:
ABŞ, çox güman ki, münaqişə nəticəsində dağıdılmış İran
infrastrukturunun bərpasında iştirak edəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “ABC News” televiziya kanalına müsahibəsində deyib.
“Bütün bu infrastrukturun, yeni körpülərin, yeni zavodların
tikintisini kimsə həyata keçirməli olacaq. Bilirsiniz, onlar bir
trilyon dollardan, bəlkə də daha çox məbləğdən danışırlar. Buna
görə də biz, çox güman ki, bərpa prosesinə və yenidənqurma işlərinə
yardımda iştirak edəcəyik”, – deyə o bildirib.
Televiziya aparıcısının bunun İkinci Dünya Müharibəsindən sonra
ABŞ-nin Avropa ölkələrinə yardımını nəzərdə tutan Marşal Planına
bənzəyib-bənzəməyəcəyi barədə sualına Amerika lideri müsbət cavab
verdi. Lakin o əlavə edib ki, Vaşinqton “[İranın] neftinin yarısını
alacaq”.

