Bakı. Trend:
ABŞ İranın Sirik rayonundakı iki su anbarına hücum edib.
Trend-in məlumatına görə, bu barədə İranın “IRIB” dövlət
televiziya və radio şirkəti bildirib.
Məlumata əsasən, bir mərminin Hörmüzqan əyalətinin Sirik sahil
bölgəsinə düşməsi faktı təsdiqlənib.
Qeyd edilib ki, bölgənin ən azı iki su anbarının ABŞ tərəfindən
hücuma məruz qalıb və içməli suyun təchizatının müvəqqəti olaraq
dayandırılıb.
ABŞ ordusu həmçinin Qeşm adasındakı bir obyektə və Cask və
Kuh-Mübarək şəhərlərindəki obyektlərə hücum edib.
Bildirilib ki, Hörmüzqanda “Amerika zərbələri dalğası”
səngiyib.

