Dağıstanın Kizilyurt şəhərində magistral qaz kəmərində üç partlayış baş verib.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Dağıstan üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
İlkin məlumata görə, diametri 1200 millimetr olan magistral qaz kəmərində üç partlayış baş verib.
FHN-in regional idarəsin qeyd edir ki, qaz kəmərinin partlaması yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.
“Hadisə yerində yanğın müşahidə olunur, qaz yüksək təzyiqlə çıxmağa davam edir”, – deyə məlumatda vurğulanır.
Yanğın zamanı məşəltipli alovun hündürlüyü 15 metrə çatıb.
Hadisədən sonra Kizilyurtdan keçən qaz kəmərinin fəaliyyəti dayandırılıb və kəmər bağlanıb.

