İranla razılaşma günlər və ya aylar çəkə bilər – Cey Di Vens

Baş səhifə

Bakı. Trend:

ABŞ və İran mübahisələrin həlli üçün gələn həftənin əvvəlində
razılığa gələ bilərlər, lakin proses aylarla təxirə salına
bilər.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın vitse-prezidenti Cey
Di Vens “CBS News” telekanalına müsahibəsində deyib.

“Düşünürəm ki, gələn həftə razılaşma əldə edə bilərik. Amma ola
bilsin ki, sazişə nail olmaq üçün hələ aylar lazım olsun”, – deyə o
bildirib.




Eyni zamanda, vitse-prezident 2026-cı ilin noyabr ayında
keçirilməsi planlaşdırılan ABŞ Konqresinə ara seçkilərdən əvvəl
razılaşmanın əldə edilə biləcəyinə əminliyini ifadə etdi.

Vens vurğulayıb ki, o, ABŞ üçün iqtisadi cəhətdən faydalı olacaq
bir razılaşma üzərində razılaşmanın mümkün olduğunu hesab edir.