ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağa qoyulmasını müzakirə edirlər

Baş səhifə

Bakı. Trend:

ABŞ və İran nüvə sazişi danışıqları çərçivəsində İrana qarşı
təxminən 15 il davam edə biləcək uran zənginləşdirilməsinə
uzunmüddətli qadağa qoyulmasını müzakirə edirlər.

Trend-in
məlumatına görə, bu barədə “The New York Times” qəzeti qapalı
məsləhətləşmələrlə tanış olan Amerika rəsmilərinə və diplomatlarına
istinadən xəbər verib.




Nəşrin məlumatına əsasən, son həftələrdə tərəflər mümkün
razılaşmanın dörd əsas elementi üzrə danışıqlar aparıblar və
Vaşinqtonun fikrincə, bu, İranın nüvə proqramını təxminən 15 il
müddətinə dayandıra bilər. Əsas məqamlardan biri uranın
zənginləşdirilməsinin dayandırılmasıdır. ABŞ əvvəlcə 20 illik
qadağada israr etmişdi, İran isə 10 illik qadağa təklif etmişdi.
Amerika rəsmiləri hesab edir ki, iki tərəf 15 illik müddət barədə
razılığa gələ bilər.

Danışıqlarda həmçinin zənginləşdirilmiş uran ehtiyatlarının
azaldılması, İranın əsas nüvə obyektlərinin sökülməsi və beynəlxalq
müfəttişlərin gözlənilməz yoxlamalar aparmasına icazə verilməsi
məsələləri də müzakirə olunur.