Məhəmməd Salah Premyer Liqada rekorda imza atıb

Baş səhifə

Bakı. Trend:

“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer
Liqasında bir klubun heyətində göstərdiyi nəticələrə görə rekorda
imza atıb.

Trend xəbər verir
ki, bu barədə “Opta Sports” statistika platforması məlumat
yayıb.

Belə ki, dekabrın 13-də forvard “Brayton”la oyunda məhsuldar
ötürmə verib. Bu, Məhəmməd Salahın “Liverpul” forması ilə Premyer
Liqada 277-ci qol və məhsuldar ötürməsi olub. Misirin 33 yaşlı
hücumçusu bununla da “Mançester Yunayted”in sabiq futbolçusu Ueyn
Runinin rekordunu geridə qoyub. Qeyd edək ki, Runinin Premyer
Liqada qol və məhsuldar ötürmələrinin ümumi sayı 276 olub.




Bu həftə Çempionlar Liqasında “İnter”ə qarşı keçirilən və 1:0
hesabı ilə başa çatan oyunda məşqçilər korpusu Salahı meydana
buraxmayıb. Buna səbəb futbolçunun baş məşqçi Arne Slotu tənqid
etməsi olub. Slot son üç oyunda hücumçunu ehtiyat oyunçular
skamyasında saxlayıb.

Futbolçu bildirib ki, “Brayton”la oyundan sonra Afrika Millətlər
Liqasında iştirak etmək üçün Misir milli komandasının toplanışına
yollanacaq.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm “Liverpul”un heyətində 20
oyuna çıxıb, beş qol və üç məhsuldar ötürmə ilə yadda qalıb. Onun
İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa
çatacaq.