Disney OpenAI-a 1 milyard dollar sərmayə qoyub

Baş səhifə

Bakı. Trend:

Disney OpenAI-a 1 milyard dollar sərmayə qoyaraq süni intellekt
sahəsində yeni əməkdaşlığa imza atıb.

Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.

Üçillik lisenziyalaşdırma müqaviləsinə əsasən, Disney-in Mikki
Maus, Zoluşka, Marvel, Pixar və Star Wars dünyasından 200-dən çox
personajı OpenAI-nin video generasiya aləti Sora-ya inteqrasiya
olunacaq.




Bu, Disney-in generativ süni intellekt sahəsində ilk böyük
məzmun lisenziyası tərəfdaşlığıdır. Sora istifadəçiləri sadəcə mətn
sorğuları ilə tanınmış personajlara əsaslanan videolar yarada və
paylaşa biləcəklər.

Digər tərəfdən, Disney müəllif hüquqları ilə qorunan
personajların icazəsiz istifadəsinə qarşı çıxaraq, Google-dan sonra
OpenAI-yə də süni intellekt modellərinin öyrədilməsi üçün bu
materiallardan istifadəni dayandırmaq tələbini irəli sürüb.

Hər iki şirkət süni intellektin məsuliyyətli istifadəsi,
istifadəçilərin təhlükəsizliyi və yaradıcı hüquqlarının qorunmasına
sadiq olduqlarını vurğulayıb.