
Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri
indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% artıb.
Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Xatırladaq ki, bu ilin yanvar – mart aylarında ölkədə istehlak
qiymətləri indeksi 2025-ci ilin müvafiq dövrünə nisbətən 5,7%
təşkil etmişdi.

