Azərbaycan iqtisadiyatına kapital qoyuluşu 3%-ə yaxın artıb

Baş səhifə

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 5 mlrd. 275 mln. manat investisiya yönəldilib.

APA-Economics” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, əsas kapitala investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% artıb.

Hesabat dövründə qeyri-neft-qaz sektoruna 3 mlrd. 211,9 mln. manat investisiya yönəldilib.