Milli Məclis insan alverinə qarşı mübarizəyə dair illik məlumatı qəbul edib

Baş səhifə

Bakı. Trend:

Milli Məclis İnsan alverinə qarşı mübarizə üzrə Milli
Koordinatorun 2025-ci ildə Azərbaycan Respublikasında insan
alverinə qarşı mübarizəyə dair məlumatını qəbul edib.

Trend-in
məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenar
iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, 2025-ci ildə insan alveri (15),
seksual xarakterli hərəkətlərə məcbur etmə, uşaq pornoqrafiyasının
dövriyyəsi, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma,
fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlamaya görə yerli
axtarışda olan 31 (+1)
təqsirləndirilən şəxsdən 15-i
(-1), o cümlədən 3
(sabit) insan alverçisi tutulub.

Hesabat ilində müəyyən edilmiş 46
(-45) insan alveri qurbanının hamısı Azərbaycan
vətəndaşı olmaqla (qadınlar) 33-ü Türkiyə,
10-u Birləşmiş Ərəb Əmirlikləri,
3-ü Pakistanda cinsi istismara məruz qalıb.

Qurbanlardan 4-ü 18-25 yaş arası,
28-i 25-35 yaş arası, 14-ü 35
yaşdan yuxarı yaş həddində olub.

Zərərçəkmişlərin hər birinə 700 manat məbləğdə
birdəfəlik müavinət ödənilib. Daxili İşlər Nazirliyinin müvafiq
Kömək Fondunun hesabına insan alverindən zərər çəkmiş
40 və insan alverindən zərər çəkməsi ehtimal
olunan 5 şəxsə 3 350 manat
məbləğdə maddi yardım edilib. 23 qurbanın
ailələrinə qayıtmasında köməklik edilib. Qurbanların uşaqları da
diqqətdə saxlanılaraq 11-nə doğum haqqında
şəhadətnamə və şəxsiyyət vəsiqəsi alınmasında, 8
uşağın isə alimentlə təmin olunmasında köməklik göstərilib.

2025-ci ildə insan alveri cinayətlərinin aşkarlanması və
təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması sahəsində keçirilmiş
əməliyyat-axtarış tədbirləri ilə 198
(-8; onlardan 57-si informasiya
texnologiyalarının tətbiqi ilə törədilib), o cümlədən
152 (-9) insan alveri, eləcə də
insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə görə
45 (+1) cinayət müəyyən
edilib.




İnsan alveri cinayətlərinin 97 faizi açılıb,
6 şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri
ilə 2 cinayətkar qrup zərərsizləşdirilib.

Həmin hüquqazidd əməllərlə əlaqədar 10
(-5) cinayət işi başlanılıb (bir cinayət işinin
istintaqı çərçivəsində 20-dək faktın istintaqı
aparılıb), 8 cinayət işi üzrə 10
şəxs (9-u qadın) təqsirləndirilən qismində cəlb
olunub, 12 nəfər (11-i qadın)
məhkəmə məsuliyyətinə verilib.

Məhkəmələr tərəfindən 14 insan alverçisi
(2-i keçmiş illərdən olmaqla 4
kişi, 10 qadın, onlardan 3
şərti) azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən
10 (-1) şəxsin “Interpol”
kanalları ilə beynəlxalq axtarışı davam etdirilir.

Onlardan 7-nin Türkiyədə,
1-nin Pakistanda, 1-nin Rusiya
Federasiyasında, 1-nin Birləşmiş Ərəb
Əmirliklərində gizləndiyi ehtimal olunur.

Müzakirələrdən sonra qərar layihəsi səsverməyə qoyularaq
bir oxunuşda qəbul edilib.