
Bakı. Trend:
Həcc Missiyasının İdarə heyəti artıq Məkkə şəhərindədir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Qafqaz
Müsəlmanları İdarəsi (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc
elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, uçuşların təşkili ilə bağlı heç bir problem
yoxdur:
“Həcc Missiyasının İdarə heyəti artıq Məkkə şəhərindədir. Bir
neçə gün sonra gələcək zəvvarlar üçün hotellərdə bütün şəraitləri
tam hazır vəziyyətə gətirmək üçün işlər görürlər. Uçuşlar tam
hazırdır, artıq biletlər alınıb, hər şey qaydasındadır. Bazar günü
səhər erkəndən ilk uçuş təşkil ediləcək”.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarəti üçün 1500 yerlik
kvota tamamlanıb. Həcc ziyarəti üçün ilk uçuş mayın 17-də təşkil
ediləcək. Həmin zəvvar qrupunda 180 nəfər olacaq. Həcc ziyarətinin
qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil
edir.


