Türkmənistanda inşa edilmiş “Gadamly” ilk quru yük gəmisinin rəsmi qarşılanma mərasimi keçirilir (FOTO/VİDEO)

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Dəmir Yollarının Bakı Beynəlxalq Dəniz Limanında
Türkmənistanda inşa edilmiş “Gadamly” ilk quru yük gəmisinin rəsmi
qarşılanma mərasimi keçirilir.

Trend xəbər
verir ki, gəmi Bakı və Türkmənbaşı limanları arasında müntəzəm
konteyner daşımalarının həyata keçirilməsinə cəlb ediləcək.

Yeni gəminin istismara verilməsi Orta Dəhliz, o cümlədən bu
dəhlizin Avrasiya Nəqliyyat Marşrutunun inkişafı baxımından mühüm
hadisə hesab olunur.




Yükgötürmə qabiliyyəti 6 100 ton olan və 240 ədəd 20 futluq
konteyner daşımaq imkanına malik “Gadamly” gəmisinin istismara
verilməsi Bakı Limanının illik yükaşırma göstəricilərinin artımına
da müsbət təsir göstərəcək.