
Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) gün ərzində “Hizbullah”
hərəkatının Livanın cənubunda yerləşən 45 hərbi obyektinə zərbələr
endirib.
Trend xəbər verir
ki, bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.
“Son 24 saat ərzində IDF Livanın cənubunda yerləşən bir neçə
rayonda “Hizbullah”a aid 45 obyektə zərbələr endirib. Bundan başqa “Hizbullah”ın döyüş sursatlarının saxlanılması üçün istifadə etdiyi
10 anbarına hücum edilib”,-deyə bəyanatda qeyd olunur.
Bombalanan obyektlər arasında qərargahların, müşahidə
postlarının, toplanma məntəqələrinin, eləcə də hərbi məqsədlərlə
istifadə olunan binaların yer aldığı bildirilir.
Həmçinin qeyd edilir ki, paralel olaraq İsrail hərbi hava
qüvvələri bir neçə raket buraxılış qurğusuna zərbələr endirib və
IDF bölmələrinə təhlükə yaradan döyüşçüləri zərərsizləşdirib.


