“Qarabağ” – “Ayaks” oyununun biletlərinin əksəriyyəti satılıb

Baş səhifə
Qarabağ - Ayaks oyununun biletlərinin əksəriyyəti satılıb

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununun biletlərinin əksəriyyəti satılıb.

“Report”un məlumatına görə, 10, 15, 25, 35 manatlıq biletlər tükənib.

Satış saat 15:00-da başlanıb.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Qeyd edək ki, qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.