Bakı. Trend:
Avropa İttifaqı “hibrid hücumlar”la əlaqədar olaraq Belarusa
qarşı əlavə məhdudlaşdırıcı tədbirlər hazırlayır.
Trend-in
məlumatına görə, bu barədə Avropa Komissiyası rəhbəri Ursual fon
der Lyayen “X” sosial şəbəkəsində yazıb.
“Biz sanksiyalar rejimi çərçivəsində yeni tədbirlər
hazırlayırıq”, – deyə o bildirib.
O qeyd edib ki, Belarusla sərhəddəki vəziyyət “Litva hava
məkanına qaçaqmalçılıq şarlarının getdikcə daha çox daxil olması”
fonunda pisləşir.
Onun sözlərinə görə, Belarusdan gələn bu cür “hibrid hücumlar” “tamamilə qəbuledilməzdir”.

