
Bakı. Trend:
Texnoloji inkişaf olmadan kibertəhlükələrlə mübarizə aparmaq
mümkün deyil.
Trend xəbər
verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İnformasiya və
Kommunikasiya İdarəsinin rəhbəri Hikmət Məmmədov bu gün Bakıda
keçirilən “2-ci Beynəlxalq Caspian Innovation Forum”unda deyib.
O bildirib ki, klassik IT təhlükəsizlik sistemi artıq işləmir: “İmza əsaslı təhlükəsizlik sistemlərimiz artıq bizim süni
intellektlə gücləndirilmiş, avtomatlaşdırılmış və insan
psixologiyasını manipulyasiya edən kibertəhdidlər, kiberhücumlarla
mübarizə apara bilmir. Bunun üçün texnoloji infrastruktur
qururuq”.
“Kiberdavamlılıqdan danışdıqda deyə bilərik ki, hər kəsə hücum
edilə bilər. Bəziləri bunu hiss edə, bəziləri isə etməyə bilər. Bu
hücumun qarşılığında göstərdiyimiz xidmətlər davam edəcək”, – H.
Məmmədov vurğulayıb.


