Bakı. Trend:
Malayziya Qran-prisi (Moto3) öncəsi “Sepang” avtodromunda ciddi
qəza hadisəsi baş verib.
Trend xəbər verir
ki, mövsümü erkən çempion kimi başa vurmuş ispaniyalı Xose Antonio
Rueda hazırlıq dövründə yüksək sürətlə isveçrəli Noah Dettvillerin
motosikleti ilə toqquşub.
Qəza nəticəsində Dettvillerin motosikleti havaya qalxıb və hər
iki sürücü asfalt üzərinə düşüb. Onlar təcili xəstəxanaya
yerləşdiriliblər.
Qeyd olunub ki, pilotların vəziyyəti sabit qiymətləndirilir,
lakin onlar yarışda iştirak edə bilməyəcəklər.

