İsrail İrana qarşı lazım olan hərəkət azadlığını qoruyub saxlayacaq – Katz

Baş səhifə

Bakı. Trend:

İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün
lazım olan hərəkət azadlığını qoruyub saxlayacaq.

Bunu İsrail Müdafiə naziri İsrael Katz ABŞ-İran danışıqlarına
münasibət bildirərkən deyib.

Katz bildirib ki, İsrail gələcəkdə müstəqil fəaliyyət göstərə
biləcəyinə əmin olmalıdır. Baş nazir Benyamin Netanyahu və mən
İsrail Müdafiə Qüvvələrinə müvafiq hazırlıq görməyi
tapşırmışıq.




Nazir həmçinin İsrail Müdafiə Qüvvələrinin (İMQ) Livan, Suriya
və Qəzza zolağındakı təhlükəsiz zonalarından geri çəkilməyəcəyini
vurğulayıb.

“İMQ sərhədlərimizi və vətəndaşlarımızı Hermon dağından, Livan
dağından, Samariyadakı ərazilərimizdən və Qəzzanın böyük bir
hissəsindən qorumağa davam edəcək”, – deyə İsrael Katz
bildirib.

Müdafiə naziri vurğulayıb ki, İsrail ABŞ-dan danışıqlar zamanı
İranın nüvə silahlarından imtina etməsi prinsipinə sadiq qalmasını
gözləyir.