ABŞ İran aktivlərini blokdan çıxarmağa razılaşıb

Baş səhifə

Bakı. Trend:

ABŞ İranla bağlanmış müqavilənin bir hissəsi olaraq İranın 24
milyard dollarlıq dondurulmuş aktivlərini blokdan çıxarmağa
razılaşıb.

Bunu İslam Respublikasının Ali Liderinin müşaviri general Möhsün
Rezai bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti İranın dondurulmuş
vəsaitlərinin bir hissəsinin blokadan çıxarılmasını təsdiqləyib,
lakin hələlik bunu ictimaiyyətə açıqlamağa hazır deyil.




Xatırladaq ki, ötən gün ABŞ vitse-prezidenti Ceyms Di Vens
sosial mediada İranın aktivlərinə qarşı sanksiyaların ləğv edilməsi
ilə bağlı şayiələri təkzib edib. O, ölkəyə heç bir vəsait
verilməyəcəyini, sadəcə müqavilənin imzalanması və ya danışıqlarda
iştirak edən İran nümayəndələri tərəfindən heç bir maliyyə
resursunun alınmayacağını bildirib.

Vens qeyd edib ki, müqavilə, ilk növbədə , Vaşinqton və
müttəfiqlərinin narahatlıqlarını nəzərə alır və Tehranın öz
öhdəliklərini yerinə yetirəcəyi təqdirdə həm respublikanın özünün,
həm də bütün Yaxın Şərqin iqtisadi fayda əldə edəcəyini təmin etmək
üçün qurulub.