Şuşada “Son zəng” keçirilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Şuşa şəhərində “Son zəng” keçirilib.

Trend-in
tədbirdəki müxbirinin verdiyi xəbərə görə, 13 iyunda Şuşa şəhər 1
nömrəli tam orta məktəbində keçirilən “Son zəng” tədbirində Şuşa
rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin məsul
şəxsləri, şəhid ailələri, qazilər və müəllim-şagird kollektivi,
valideynlər iştirak edib.




Tədbirdə çıxış edənlər məzunları “Son zəng” münasibətilə təbrik
edib, onlara gələcək həyat və təhsillərində uğurlar
arzulayıblar.

“Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə
davam edib.