MM Prezidentə və xanımına təbrik məktubu ünvanladı

Baş səhifə

Milli Məclis 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Metbuat.az xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib.

O bildirib ki, sabah Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür:

“Təklif edirəm ki, bu münasibətlə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin”.

Deputatlar sədrin təklifini alqışlarla qarşılayıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.