Bakı. Trend:
Hazırda ani ödəniş sistemində tarif siyasətinə dəyişiklik aktual
deyil.
Trend xəbər
verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) maliyyə
bazarlarında əməliyyatlar departamentinin direktoru Əlili Rəxşəndə
deyib.
O vurğulayıb ki, bu ilin sonuna qədər tarif siyasətinə baxıla
bilər: “AMB-nin ödəniş sistemləri sahəsində əsas məqsədi ölkədə ani
ödənişlərin inkişafı və genişləndirilməsidir. Bu səbəbdən də ölkədə
kart ödənişlərindən daha çox hesab əsaslı ödəniş həllərinin
genişləndiriıməsimdə maraqlıyıq. Bu səbəbdən də bu ilin sonuna
qədər tarif siyasətinə baxılma ehtimalı var”.

