Bakı. Trend:
Azərbaycan Avropaya sabit və etibarlı neft ixracını təmin
edir
Trend xəbər verir
ki, bunu “Sara Logistics” direktoru Ülvi Ocaqlı Bakıda keçirilən
“Xəzər və Mərkəzi Asiya – Neft emalı, Neft-kimya, Ticarət və
Logistika” mövzusunda konfransda çıxışında söyləyib.
“Azərbaycan Avropanın etibarlı və sabit enerji təchizatı
mənbəsidir, ələlxüsus da geosiyasi gərginlik şəraitində enerji
təhlükəsizliyinin əhəmiyyəti getdikcə artdığı bir zamanda”, – deyə
o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan özü də böyük neft və qaz
istehsalçısıdır. Xəzər dənizinin ehtiyatları əsas karbohidrogen
mənbəyini təşkil edir, ölkənin enerji resursları isə Avropaya
tədarüklərin şaxələndirilməsini və Rusiyanın enerji
daşıyıcılarından asılılığın azaldılması baxımından mühüm əhəmiyyət
daşıyır. Azərbaycanın neft yataqları bp, SOCAR və digər şirkətlər
kimi beynəlxalq tərəfdaşlarla birgə işlənilir.
Ocaqlı qeyd edib ki, Azərbaycan həm də mühüm logistika
marşrutlarının üzərində yerləşir ki, bu da onu regional
əməkdaşlıqda əsas oyunçulardan birinə çevirir.

