Başda Azərbaycan olmaqla, qardaş ölkələri unutmayacağıq – Ərdoğan

Dünya Siyasət

Başda can Azərbaycan olmaqla, 6 fevral zəlzələsindən sonra Türkiyəyə yardım göstərən qardaş ölkələri unutmadıq və unutmayacağıq.

Resmixeber.az, Publika.az -a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata bəyanatında bildirib.

“Biz də lazım olduğu təqdirdə qardaşlarımızdan köməyi əsirgəməyəcəyik, qarşlılıq gözləmədən bütün imkanlarımızı səfərbər edəcəyik, yanlarında olacağıq. Dildə, fikirdə, işdə birlik deyən mərhum Qaspıralı İsmail bəyin xəyalını gerçəkləşdirmək üçün birlikdə çalışacağıq”, – Ərdoğan deyib.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir