
Bakı. Trend:
Bakının Sabunçu rayonunda açıq ərazidəki yanğın söndürülüb
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat
verilib.
Bildirilib ki, Sabunçu qəsəbəsində açıq ərazidə baş vermiş
yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri
tərəfindən genişlənməsinə, həmçinin yaxınlıqdakı tikililərə
keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
xxx
19:31
Bakının Sabunçu rayonunda açıq ərazidə yanğın baş verib.
Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat
yayıb.
Bildirilib ki, hadisə ilə bağlı nazirliyin “112” qaynar telefon
xəttinə Sabunçu qəsəbəsində açıq ərazidə yanğın olması barədə
məlumat daxil olub.
Məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam
etdirilir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

