Şimali Koreya ABŞ-yə cavab olaraq ballistik raket sınaqdan keçirib – FOTO

Dünya


Şimali Koreya ABŞ və Cənubi Koreyanın düşmən hərəkətlərinə cavab olaraq “Hwasong-18” qitələrarası ballistik raketini sınaqdan keçirib.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Raketin 6 518,2 km maksimum uçuş hündürlüyündə 1 002,3 ​​km məsafəni 4 415 saniyəyə qət edə bildiyi bildirilir.

“Raket dəqiqliklə nəzərdə tutulan akvatoriyaya dəyib”, – deyə qeyd edilir.

Şimali Koreya lideri Kim Çen In  bildirib ki, “Hwasong-18” qitələrarası ballistik raketinin sınağı ABŞ-nin “səhv qərar” qəbul edəcəyi təqdirdə Şimali Koreyanın nəyə hazır olduğunun göstəricisidir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir