Rusiya XİN: “Ukrayna Kursk Atom Elektrik Stansiyasına pilotsuz uçuş aparatı ilə hücum edib”

Dünya


Oktyabrın 26-da axşam saatlarında Ukrayna Silahlı Qüvvələri üç pilotsuz uçuş aparatı (PUA) ilə Kursk Atom Elektrik Stansiyasına (AES) hücum edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

“Partlayıcı quraşdırılmış PUA-lardan biri nüvə tullantıları anbarına çırpılaraq binanın divarlarını zədələyib. Digər ikisi isə stansiyanın inzibati bina kompleksinin üzərinə düşüb”, – deyə Zaxarova qeyd edib.

Onun sözlərinə görə, hücumda istifadə edilən PUA-larda Qərb ölkələrinin təchiz etdiyi komponentlərdən istifadə edilib.

Zaxarova bildirib ki, hücum icazəsiz ola bilməzdi və bəlkə də Kiyevin Qərb kuratorlarının birbaşa göstərişi ilə həyata keçirilib.

Rusiya XİN bütün hökumətləri Kiyevin elektrik stansiyasına təşkil etdiyi hücumu kəskin şəkildə pisləməyə çağırıb.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir