Prezident İshak Hersoq İsrailə hücumda İranı da ittiham etdi – FOTO

Dünya


İsrail Prezidenti İshak Hersoq dünya ictimaiyyətini yəhudi dövlətinə qarşı hücumlara görə məsuliyyət daşıyan HƏMAS terror təşkilatını mühakimə etməyə çağırıb.

İshak Hersoq bununla bağlı öz “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Bu gün biz HƏMAS-ın – məqsədi günahsız insanları, kişiləri, qadınları və uşaqları soyuqqanlılıqla qətlə yetirmək olan terror təşkilatının əsl simasını gördük”, – İshak Hersoq paylaşımda bildirib.

İsrail prezidenti həmçinin İranı da baş verən hadisələrdə və HƏMASA tərəfdaşlıq etməkdə ittiham edib.  

“İsrail hakimiyyəti vətəndaşlarımıza qarşı bu açıq və mövcud təhlükəni aradan qaldırmaq üçün bütün lazımi tədbirləri görəcək. İsrail bütün çətinliklərin öhdəsindən gələcək. Artıq dünyanın İsrailin yanında olmasının və HƏMAS-ı, onun müttəfiqlərini və İrandakı tərəfdarlarını açıq və birmənalı şəkildə mühakimə etməsinin vaxtı çatıb, – deyə o əlavə edib.

 

 

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir