
Bakı. Trend:
Lionel Messidən sonra Fransa millisinin hücumçusu Kilian Mbappe
də Almaniya yığmasının sabiq üzvü Miroslav Klozenin dünya
çempionatlarındakı qol rekorduna çatıb.
Mbappe DÇ-2026-nın 2-ci turunda İraqla ötən gecə keçirilən
görüşdə (3:0) dubl edib.
Dünya çempionatının göstəricilərinə görə, bununla da o,
mundiallarda vurduğu qolların sayını 16-a çatdırıb.
Ötən günə qədər sözügedən göstəricidə dünya rekordunda 16 qolla
Kloze və Messi şərik idi. Argentina millisinin kapitanı Avstriya
ilə dünənki görüşdə dubl edərək mundiallardakı qollarınn sayını
18-ə çatdırıb və ən yaxşı bombardir olub.
İndi Mbappenin 16, Portuqaliya millisinin kapitanı Kriştiano
Ronaldonun isə 15 qolu var. Göründüyü kimi, Mbappe Klozeyə çatmaqla
yanaşı, Ronaldonu da geridə qoyub.

