Tbilisidə Azərbaycan incəsənəti, musiqisi və milli mətbəxi nümayiş etdirilir – FOTO

Dünya


Gürcüstanın paytaxtı Tbilisidə yerləşən Heydər Əliyev Parkında yaradılan Azərbaycan guşəsində ölkəmizin milli mədəniyyəti, incəsənəti, musiqisi və milli mətbəxi nümayiş etdirilir.

“resmixeber.az”un yerli bürosu xəbər verir ki, nümayiş hər il Gürcüstanda “Tbilisoba” şəhər bayramı çərçivəsində Tbilisi sakrebulosunun Milli azlıqlar Şurasının təşəbbüsü ilə “Tbilisinin müxtəlifliyi” adlı ənənəvi sərgi-satış yarmarkası zamanı baş tutur.

Yarmarkada Azərbaycan guşəsi Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə yaradılıb. Muzeyin direktor müavini Leyla Əliyeva bildirib ki, Azərbaycan guşəsinə gələn qonaqlar tarixi Borçalı xalçalarını, Azərbaycanın mətbəxinə aid şirniyyatları, dolma, aşqara, dovğa və mətbəxtimizə aid digər isti yeməkləri, eləcə də milli musiqi alətlərimizi görə biləcəklər. Yarmarkada iştirak etməyin əsas məqsədi Azərbaycanın tarixini, mədəniyyətini tanıtmaqdır.

Qeyd edək ki, “Tbilisoba” bayramı Gürcüstanda məhsul bayramı deməkdir. İlk dəfə 28 oktyabr 1979-cu ildə keçirilib. Daha sonra isə hər il keçirilərək ənənə halını alıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir