III Çarlz monarxiyanın gələcəyi ilə bağlı təcili iclas keçirəcək

Dünya


Böyük Britaniya kralı III Çarlz böyük oğlu, taxtın varisi Uilyam və arvadı Keytlə monarxiyanın gələcəyi ilə bağlı təcili görüş keçirəcək.

Bu barədə kralın ətrafındakı mənbədən xəbər verilib.

Görüş kralın yayda istirahət etdiyi Şotland krallığının Balmoral iqamətgahında baş tutacaq. İclas avqustun 21-nə planlaşdırılıb.

Bildirilir ki, kral həm Uels şahzadəsinin özünün, həm də bütövlükdə monarxiyanın gələcəyinin mövqeyini gücləndirmək üçün böyük oğluna birləşdirici rol həvalə etmək niyyətindədir. Bunun üçün kralın Uilyam və Keytin “ulduz keyfiyyətlərindən” istifadə etmək istədiyi bildirilir.

O da vurğulanır ki, Çarlz III Balmoral Sammitində Uilyam və Keytə onlardan gözləntiləri barədə məlumat verəcək.

Mənbə: The Mirror

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir