Hərbçilərimiz Astanada səhnəyə çıxdılar – FOTO

Mədəniyyət


Qazaxıstanın Astana şəhərində “Astana – Mədəniyyət karvanı” adlı birinci beynəlxalq hərbi-musiqi festivalının təntənəli açılış mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təntənəli açılış mərasimində iştirakçı ölkələrin solistlərinin təqdim etdiyi ifalar böyük maraq və alqışlarla qarşılanıb.

Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ölkəmizi təmsil etdiyi festivalda müxtəlif beynəlxalq, milli və xalq folklorunu özündə əks etdirən mahnılar, milli rəqslər və ifalar nümayiş etdiriləcək.

Qeyd edək ki, Astana şəhərinin 25 illiyinə həsr olunan festivalda Azərbaycan, Qazaxıstan, Çin, Hindistan, Özbəkistan, Rusiya, Türkiyə və Yaponiya silahlı qüvvələrinin yaradıcı heyəti iştirakçı qismində, Pakistan nümayəndə heyəti isə müşahidəçi qismində iştirak edir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir