MİT türkiyəli diplomata qarşı sui-qəsdin təşkilatçısını məhv etdi – FOTO/VİDEO

Dünya


Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında PKK-nın “məsul” şəxslərindən olan “Həsən” kod adlı terrorçu Cəlal Kayanı zərərsizləşdirib. O, 17 iyul 2019-cu ildə İraqın Ərbil şəhərində türkiyəli diplomat Osman Köseyə sui-qəsdin təhrikçisi olub.

Bu barədə Türkiyənin təhlükəsizlik mənbələrindən xəbər verilib.

Bildirilir ki, MİT Cəlal Kayanın uzun müddətdir İraqın şimalında fəaliyyət göstərdiyini və rəhbərlik etdiyi şəbəkənin türkiyəli hərbçilərə, həmçinin vəzifəli şəxslərə qarşı terror aktları planlaşdırması üzərində işlədiyini müəyyən edib. Bundan sonra terrorçunun fəaliyyəti addım-addım izlənib və o, Süleymaniye şəhəri ətrafında keçirilən əməliyyatda zərərsizləşdirilib.

O da vurğulanıb ki, əvvəllər ölkənin daxilində və xaricində həyata keçirilən terrorların təşkilatçısına qarşı bu əməliyyat PKK-nın kəşfiyyat şəbəkəsinə ağır zərbə vurub.

Mənbə: “Anadolu” Agentliyi

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir