Fransalı tədqiqatçı: “Fransa hüquq-mühafizə orqanlarında islahatlara ehtiyac var” – FOTO

Dünya


“Fransa hüquq-mühafizə orqanlarında islahatlara ehtiyac var”.

Bunu “resmixeber.az”un yerli bürosuna açıqlamasında Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun tədqiqatçısı Kventin Delarue bildirib.

Onun sözlərinə görə, Fransanın Nanter şəhərində polisin 17 yaşlı yeniyetməni qətlə yetirməsi cəmiyyətdə şok yaradıb:

“Şəhərətrafı qəsəbələrlə hüquq-mühafizə orqanlarının iş şəraitlərinin yaxşılaşdırılması üçün islahatlara böyük ehtiyac var. Polislərin iş şəraiti yaxşılaşdırılmalıdır. Eyni zamanda, Fransanın şəhərətrafı qəsəbələrində işsizlik, təhlükəsizlik problemləri var. Bu ərazilərdə işsizlik səviyyəsi gənclər arasında çox yüksəkdir. Ona görə də insanlarda, xüsusilə gənclərdə dövlətin onları tərk etdiyi, tək buraxıldıqları təəssüratı yaranıb. Bu da ciddi təhlükəsizlik problemlərinə səbəb olub. Bu ərazilərdə xidmət aparan polis əməkdaşlarının sayı da çox azdır. Bu da onları ağır iş şəraitində işləməyə məcbur edir”.

K.Delarue deyib ki, Fransada polis əməkdaşlarının təlimlərə ehtiyacı var:

“Şəhərətrafı ərazilərdə əməliyyatlar zamanı təcrübəsiz polisləri müşayiət etmək və onlara təlim keçmək üçün daha təcrübəli polislərə ehtiyac var. Üstəlik, polisin odlu silahdan daha düzgün istifadə etməsi üçün “İctimai təhlükəsizlik” qanununu da nəzərdən keçirmək yaxşı olar. Bundan əlavə, polis yoxlamalarını daha da şəffaflaşdırmaq üçün onların geyimlərinə kamera yerləşdirilməsi praktikasını genişləndirmək məqsədəuyğundur. Fransa hüquq dövlətidir, məhkəmə araşdırmaları davam edir, vaxt lazımdır. Bu faciənin hansı şəraitdə baş verdiyini və kimlərin günahkar olduğunu gec-tez biləcəyik”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir