2022-ci ildə təhsil haqqının ödənilməməsinə, dərs buraxmağa görə və ya öz xahişi ilə xaric edilən tələbələrin sayı açıqlanıb.
Bu barədə “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.
Qeyd edilib ki, ötən il təhsil müəssisəsindən xaric edilən tələbələrin sayı 7 855 olub.
Onlardan 4 280-i bakalavriat, 946-sı magistratura, 1 409-u tam orta, 1 220-si isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.
www.RESMIXEBER.az