3×3 basketbol üzrə Dünya Qadın Seriyasının İsraildə keçirilən Netanya mərhələsinin qalibi müəyyənləşib.
resmixeber.az xəbər verir ki, yarımfinalda İsraili 19:15 üstələyən Azərbaycanın “Neftçi” klubu finalda Çin millisindən güclü olub.
16:12 hesabı ilə qalib gələn “ağ-qaralar” mərhələnin güclüsü adını qazanıblar.
23:59
3 iyul 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının İsraildə keçirilən Netanya mərhələsinin yarımfinal görüşləri baş tutub.
resmixeber.az xəbər verir ki, yarımfinalda İsrail millisi ilə qarşılaşan “Neftçi”, rəqibini 15-19 hesabı ilə məğlub edərək adını finala yazdırıb.
Finalda “Neftçi” nin rəqibi güclü Çin millisi olacaq.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 23:35-də başlayacaq.
www.RESMIXEBER.az