Fransada iğtişaşları yatırmaq üçün milli jandarmeriyanın 18 zirehli transportyoru, o cümlədən ən son çoxməqsədli “Kentavr”lardan dördü istifadə olunacaq.
Bu qərarı Fransa Nazirlər Kabinetinin rəhbəri Elizabet Born təsdiqləyib.
Bundan əlavə, 17 yaşlı yeniyetmənin polis tərəfindən qətlə yetirilməsindən sonra başlayan iğtişaşlar fonunda Fransanın daxili işlər naziri Cerald Darmanin yerli hakimiyyət orqanlarından fişənglərin, eləcə də kimyəvi və alışqan maddələrin satışı və daşınmasını qadağan etməyi tələb edib.
Qeyd edək ki, Fransanın bir sıra şəhərlərində baş verən iğtişaşlar səbəbindən əraziyə polis xüsusi təyinatlıları yerləşdirilib, helikopterlər cəlb olunub.
Mənbə: vesti.ru
www.RESMIXEBER.az