
Ermənistanın səhiyyə naziri Anahit Avanesyan Türkiyəyə səfər edəcək.
Modern.az xəbər verir ki, bununla bağlı qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.
Avanesyan iyulun 1-dən 2-dək İstanbul şəhərində olacaq. O, burada “Əhalinin sağlamlığına zəlzələlərin təsirinin azaldılması üçün səhiyyə sistemlərinin hazırlığı və cavab tədbirləri” mövzusunda keçiriləcək nazirlər konfransında iştirak edəcək.

