
Bakı. Trend:
Cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin
(HHQ) Təlim və Tədris Mərkəzində “İriçaplı pulemyot heyətinin
hazırlıq kursu”nun 1-ci buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə,
əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların
xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa
olunub.
Tədbirdə polkovnik Ceyhun Məmmədov məzunları buraxılış
münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib,
onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Çıxışda Azərbaycan Ordusunda hərbi qulluqçuların peşəkarlıq
səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında
bu cür kursların əhəmiyyəti xüsusi vurğulanıb.
Məzunlar isə öz növbələrində Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi altında Ordumuzun daha da qüdrətlənməsi üçün
üzərilərinə düşən vəzifə borclarını layiqincə yerinə
yetirəcəklərinə söz veriblər.
Sonra kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim
olunub.

