Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir – Almaniya Kansleri

Baş səhifə

Berlin. Trend:

Azərbaycan bizim üçün mühüm rol oynayır və iqtisadi baxımdan da
çox maraqlı perspektivlər təqdim edir.

Trend-in
xüsusi müxbirinin verdiyi məlumata görə, bu sözləri Almaniyanın
Federal Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə birgə
mətbuat konfransında söyləyib.

“Prezident İlham Əliyevə bir daha təşəkkürümü bildirmək
istəyirəm ki, biz bu məsələ ilə bağlı fikir mübadiləsi apara
bildik. Siz Azərbaycandan daha böyük həcmdə qaz tədarükü üçün bizə
imkan yaradırsınız. Buna görə Sizə təşəkkürümü bildirirəm. Bu
məsələ bu gün imzaladığımız Birgə Bəyannnamədə də öz əksini tapıb”,
– deyə Kansler vurğulayıb.