
İsrail Qəzza zolağında kilometrlərlə uzanan torpaq səddi inşa edir.
Modern.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Bildirilib ki, İsrail Müdafiə Qüvvələri “sarı xətt” adlandırılan ərazi boyunca müdafiə istehkamları qurur və burada yeni təhlükəsizlik zonası yaradır. İsrail ordusunun mətbuat xidmətinin açıqlamasına görə, bu sədd hərbçilərin və yaxınlıqdakı İsrail yaşayış məntəqələrinin qorunması məqsədilə tikilir.
Qeyd edilir ki, əvvəlcə “sarı xətt” adlanan ərazi müvəqqəti hesab olunurdu və atəşkəs razılaşmasından sonra İsrail qoşunlarını daha geri çəkməli idi.

