
Bakı.Trend:
Qarabağ kanalında batan şəxsin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən verilən
məlumata görə, iyulun 17-də Qarabağ kanalının Bərdə rayonundan
keçən hissəsində batan 1967-ci il təvəllüdlü Rəsul Bünnətovun
meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət
Xidmətinin dalğıcları tərəfindən aparılan axtarışlar zamanı aşkar
edilib.
Meyit batdığı yerdən təxminən 40 kilometr aralıda, Qarabağ
kanalının Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindən keçən
hissəsində sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

