Yardıma çağırış: “Bizim uşaqla birlikdə orada müalicə olunan uşaqlardan çoxu artıq həyatda deyil” – FOTO

Cəmiyyət


Bakı şəhər sakini Vəfa Cəfərova onkoloji xəstəlikdən əziyyət çəkən nəvəsinə yardım edilməsini istəyib.

Doqquz yaşlı Ülvi İsmayılov 2020-ci ildən kəskin limfoblastik leykozdan (qan xərçəngi) əziyyət çəkir. Əsas xəstəliklə yanaşı uşaqda bir sıra yan patoloji xəstəliklər də baş qaldırıb. Belə ki, ona Hepatit C diaqnozu qoyulub və davamlı olaraq aparılan müalicə nəticəsində ayaqlarında süstlük əmələ gəlib. Ülvini böyüdən nənəsi və anası 2,5 il ərzində bu xəstəliklə mübarizə aparırlar və onların hazırda maddi imkanları qalmayıb. Uşağa isə yeni reseptləri yazılır və müntəzəm olaraq testlər və prosedurlar tələb olunur.

“Ülvi Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda ağır kimya terapiyası alır. Orada bizim uşaqla müalicə olunan uşaqların bir çoxu artıq həyatda deyil… O, bizim yeganə övladımızdır, qızımla mən onun həyatı üçün mübarizə aparırıq. Amma hazırda maliyyə vəziyyətimiz olduqca çətinləşib. Elmi-tədqiqat institutunda müalicənin pulsuz olmasına (dövlət hesabına) baxmayaraq, biz müxtəlif növ analizlərə külli miqdarda pul xərcləmişik, məsələn, təkcə genetik analizə 450 manat vermişik.

Bundan əlavə, uşağın qəbul etdiyi çox sayda dərmanlar onun ayaqlarında süstlük əmələ gətirməyə başlayıb. Daim yıxılır, ayaqları heç tutmur.

Ülvi qanköçürmə zamanı yoluxduğu Hepatit C xəstəliyindən əziyyət çəkdiyi üçün qaraciyərin müayinə və müalicəsi artıq onun şəxsi hesabına başqa klinikalarda aparılır. Ülviyə sağalmaq üçün bahalı dərmanlar yazılır. Həmçinin ona ayaqlarının funksiyasını bərpa etmək üçün masaja getməsi tövsiyə olunur.

Biz ən azı 3 min manat toplamalıyıq ki, Ülvinin vəziyyəti bir az stabilləşsin. Belə olan halda o, xərçənglə mübarizəni davam etdirə biləcək”, – deyə Vəfa Cəfərova bildirib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir