Dağıstanda avtobus qəzası: 8 ölü, 16 yaralı – FOTO/VİDEO

Dünya


Dağıstanda, Qafqaz şossesində sərnişin avtobusu minik avtomobili və “Kamaz” markalı avtomobillə toqquşub.

Bu barədə bölgənin Fövqəladə Hallar Xidməti məlumat yayıb.

“Dağıstanın Kizlyar rayonunun Koxanovka kəndi yaxınlığında R-217 federal yolunda, Moskvadan Xasavyurt istiqamətində hərəkət edən minik avtomobili, “Kamaz” yük avtomobili və sərnişin avtobusu toqquşub”, – məlumatda bildirilib.

Mətbuat xidməti qəza nəticəsində 8 nəfərin öldüyünü, 16 nəfərin yaralandığını qeyd edib.

Vurğulanıb ki, avtobus Moskvadan Xasavyurta gedib və içərisində 25 nəfər olub. Hazırda polis hadisə yerində qəzanın səbəblərini araşdırır.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir