Bakıda qadın əlində körpəsi ilə avtomobili təpiklədi – FOTO/VİDEO

Cəmiyyət


Bakı şəhərində sürücülərin bir-birinə yol verməməsi mübahisə ilə nəticələnib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, maşından düşən iki qadın və iki kişi digər sürücü ilə mübahisə ediblər.

Körpəsi qucağında olan qadın isə mübahisə etdikləri sürücünün avtomobilinə təpik vurub.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov resmixeber.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan sözügedən videodan məlumatlıdırlar:

“Qeyd olunan hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir