Bütün bədəni yanan 7 yaşlı Yağmur çarəsiz qalıb – FOTO

Cəmiyyət


2016-cı il təvəllüdlü Yağmur Şəhriyar qızı Abdullalı aprelin 23-də ağır yanıq xəsarətləri alıb.

Bu barədə resmixeber.az-a onun anası Şəfa Abdullayeva məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, yeddi yaşlı qızı məktəbdən gəldikdən sonra isinmək üçün çay qoymaq istəyib:

“Qazı yandıranda külək əsirmiş. Bu səbəbdən alov qızımın paltarına düşüb və onun bütün bədəni yanmağa başlayıb. Oğlum bacısını görəndə artıq çox gec olub. Üzərinə su atmağa çalışsa da, artıq Yağmur yanmışdı. Onu Bakıda xəstəxanalardan birinə yerləşdirdilər. 23 apreldən ötən həftəyə qədər reanimasiyada qaldı. Biz fəhləlik edərək pulumuzu qazanırıq. Ona iki dəfə dəriköçürmə əməliyyatı edildi. Bu əməliyyatın pulu yardımsevər insanların köməyi ilə toplandı. Lakin əməliyyatdan sonrakı müalicəni aparmaq üçün imkanımız çatmır. İmkanlı şəxslərdən bizə kömək olmalarını xahiş edirəm. Bu  müalicələr üçün (sarğısı, dərmanları, reabilitasiya, masaj) bizə 1500 manat lazımdır. Hazırda evimizdəyik. Əlimdə cəmi 37 manat pulum qalıb. Onu yenidən xəstəxanaya aparmalıyam, amma pulum olmadığı üçün apara bilmirəm”.

Əlaqə nömrəsi: 077 310 54 57 (anası Abdullayeva Şəfa).

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir